Kütləvi informasiya vasitələrinin nümayəndələri Rusiya ilə dövlət sərhədində yerləşən Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur gömrük postuna səfər edib.
Dövlət Gömrük Komitəsindən Unikal.org-a verilən məlumata görə, tədbir komitənin media nümayəndələri üçün təşkil etdiyi "Gömrük islahatları və modernləşdirmə mövzusunda təlim çərçivəsində baş tutub.
Öncə media nümayəndələrinə "Samur gömrük postunun iş prinsipi, buraxılış qabiliyyəti barədə məlumat verilib. Jurnalistlər idxal-ixrac sərnişin və yük nəzarət xətlərində həyata keçirilən proseslər barədə məlumatlandırılıb, gömrük-sərhəd keçid məntəqəsində gömrükçülərlə birlikdə gömrük nəzarətinin təşkili, nəqliyyat vasitələrinin qeydiyyatı və yoxlanılması prosesində iştirak ediblər.