Həbs yerlərinin daxili intizam qaydalarının təsdiq edilməsi barədə qərara dəyişikliklər edilib.
Unikal.org-un məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov sənəd imzalayıb.
Qərara görə, "İstintaq təcridxanalarının daxili intizam Qaydalarının 21.3-cü bəndinin ikinci cümləsində "artırılması sözü "uzadılması sözü ilə əvəz edilsin.
Həmin qərarla təsdiq edilmiş "Müvəqqəti saxlama yerlərinin daxili intizam Qaydaları üzrə: 2.1. 13.3.2-ci yarımbəndə "başa çatdıqda sözlərindən sonra "və həbsdə saxlamanın son müddəti Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 159.8-159.10-cu maddələrində nəzərdə tutulmuş qaydada uzadılmadıqda sözləri əlavə edilir: Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 159.8- 159.10-cu maddələrində nəzərdə tutulmuş qaydada uzadılmış həbsdə saxlanılma müddəti başa çatdıqda.