Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Adil Baxşəli oğlu Baxşəliyev öz xahişi ilə tutduğu vəzifəsindən azad edilib.
Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, bununla bağlı səhiyyə naziri Oqtay Şirəliyev əmr imzalayıb.
Əmrə əsasən, o, Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a bəndinə əsasən işdən çıxıb.
Daha bir əmrlə Dadaşova Gülnaz Mahir qızı Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru vəzifəsinə təyin edilib.