Bu gün saat 13:30 radələrində Şəki şəhərinin M.F.Axundzadə prospekti ərazisində "Xan Sarayı"nın qarşısında yol-nəqliyyat hadisəsi baş verib.
Unikal.org Kanal S-ə istinadən xəbər verir ki, hadisəyə səbəb "Az 55-BO 229" dövlət nömrə nişanlı, Daşdəmirov Həmzə Əliəşrəf oğluna məxsus " Vaz-21-07" markalı avtomobilin sürücüsünün düzgün sürət rejimi seçməməsi olub. Nəticədə üfüqi nişanlanma xəttini keçən maşın qarşıdan gələn "Az 55-BA041" dövlət nömrə nişanlı, Nəbiyev Taleh Nəriman oğluna məxsus "Vaz -21-011" markalı avtomobillə toqquşub.

Şəki Şəhər Rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin əməkdaşları dərhal hadisə yerinə gələrək, müvafiq baxış keçiriblər. Xoşbəxtlikdən sürücülər xəsarət almayıb. Hadisə nəticəsində avtomobillərə yüngül ziyan dəyib. Şəki Rayon Polis şöbəsi tərəfindən araşdırma aparılır.
een>