Suriya Ərəb Respublikasının adı dəyişdirilərək, Suriya Respublikası adlanacaq.
Unikal.org xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.
Qeyd edək ki, 1932-1958-ci illərdə Suriya Ərəb Respublikası Suriya Respublikası adlanıb.
Məlumata görə, yeni Konstitusiya layihəsində hazırda bəzi ölkələrin dövlət başçısı kimi tanıdığı Bəşşar Əsədin prezidentlik səlahiyyətləri azaldılacaq və Nazirlər Kabinetinin iqtidarı artırılacaq.
Bu məsələlərin mətni ABŞ-ın dövlət katibi Con Kerri ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprel və may aylarında keçirilən görüşlərdə müzakirə edilib. Vaşinqton və Moskva Suriyanın yeni Əsas qanununu bu il avqustun 1-dək tamamlamaq niyyətindədir.