Qaradağ Rayon İcra Hakimiyyətinin 01 oktyabr - Prokurorluq işçilərinin peşə bayramı günü münasibəti ilə tədbir keçirilib.
Unikal.org xəbər verir ki, tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov 01 oktyabr - Prokurorluq işçilərinin peşə bayramı münasibəti ilə bütün prokurorluq işçilərini təbrik edib, prokurorluq orqanlarının müstəqil dövlətimizə uyğun formalaşmasında xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin müstəsna rolunun olduğunu qeyd edib
S. Mikayılov prezident İlham Əliyevin xüsusi diqqət və qayğıkeşliyini vurğulayaraq bildirib ki, Azərbaycan Respublikası Prokurorluğu qanunun aliliyinin, insan hüquq və azadlıqlarının təmin olunmasına, cinayətkarlıqla mübarizəyə, qanunçuluğun və hüquq qaydasının qorunmasına xidmət edir.
Prokurorluq sistemində səmərəli fəaliyyətinə və 01 oktyabr - Prokurorluq işçilərinin peşə bayramı günü münasibəti ilə rayon prokurorluğunun bir neçə əməkdaşı rayon İcra hakimiyyəti başçısının fəxri fərmanı və xatirə hədiyyəsi ilə təltif olunub.