Keçən il özündən 10 il balaca olan futbolçu Alparslan Öztürklə nikah masasına oturan model Ebru Şancı "Renkli Sayfalar" proqramına qonaq olub.
Unikal.org axşam.az-a istinadən bildirir ki, 4 aylıq hamilə olan Şancı canlı yayımda maraqlı etiraflar edib:

"Biri həyat yoldaşıma mesaj yazıb ki, "Onunla xoşbəxtsən?" Bizimki də cavabında yazıb ki, "Axmaq adam, xoşbəxt olmadığım qadınla niyə evli qalım ki?" Evli bir adama belə mesaj yazan qadın məğlub olduğunu qəbul edib. Onlar 1 gecəlik, 3 gecəlik ya da 1 həftəlikdirlər. İstəyirsə, mən aradan çəkilim, evli adama ondan istifadə etməyə icazə versin. Mən bir gecəlik münasibətə görə ailəmi dağıtmaram. Ərimə belə yazanlara da heç vaxt cavab vermərəm. 

O, bir gün kimləsə münasibət yaşamağa başlasa, o zaman "əşyalarını da al, get" deyərəm. İçində varsa, edəcək, mən onu 24 saat nəzarətdə tuta bilmərəm. Biz niyə xəyanətdən danışırıq? Nə etsə, özünə edəcək, sərvətinin yarısı mənimdir. Mənə evlilik müqaviləsi bağlatdıra biləcək adam hələ doğulmayıb".