Binəqədi rayon İcra Hakimiyyətində (RİH) Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 98-ci ildönümünə həsr olunmuş məlumat saatı keçirilib.
RİH-dən unikal.org-a bildirilib ki, məlumat saatında RİH başçısının müavini Vüsar İsmayılov, tarix elmləri doktoru, professor Solmaz Tohidi - Rüstəmova, Aparatın şöbə müdirləri, əməkdaşları, rayon icra nümayəndələri, bələdiyyələr və YAP Binəqədi rayon təşkilatının fəal üzvləri iştirak ediblər. Vüsar İsmayılov müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin çoxəsirlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafında böyük əhəmiyyətindən danışıb.
Solmaz Tohidi - Rüstəmova «Müstəqilliyin çətin yolu - Azərbaycan Xalq Cümhuriyyəti" adlı mövzu ətrafında mühazirə ilə çıxış edib. Mühazirədən sonra məlumat saatı diskussiya şəkilində davam etdirilib.
Sonra tədbir iştirakçıları Azərbaycanın Dövlət Himnini səsləndiriblər.