Kapital Bank-ın aktivləri 1 oktyabr 2018-ci il tarixinə 3,5 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 1,4 milyard manat olub.
Unikal.org xəbər verir ki, bankda müştəri depozitlərinin həcmi 1 oktyabr 2018-ci il tarixinə 2,7 milyard manat olub. Əhalinin əmanətlərinin həcmi isə 1 milyard manat təşkil edib ki, hesabat dövrünün əvvəli ilə müqayisədə bu göstərici 235 milyon manat çoxdur.
Bankın 1 oktyabr 2018-ci il tarixinə tutulmalardan sonra məcmu kapitalı 295,3 milyon manat, adi və imtiyazlı səhmlər isə 205,8 milyon manat təşkil edir
Qeyd edək ki, Kapital Bank Moody's və Standard & Poor's beynəlxalq reytinq Agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.