Nazirlər Kabineti "Elektrik enerjisindən istifadə Qaydalarına bir sıra dəyişikliklər edib.
Unikal.org xəbər verir ki, müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb.
Qərara əsasən Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən 150 kVt-dan yuxarı elektrik qurğularının istismarına buraxılış aktı vermək üçün texniki baxış sifarişçilərin təqdim etdiyi enerji təchizatı müəssisəsinin və ya dövlət elektroenergetika müəssisəsinin verdiyi texniki şərtlər; Enerji Məsələlərini Tənzimləmə Agentliyi və enerji təchizatı müəssisəsi ilə razılaşdırılmış enerji təchizatı layihəsi; tikinti-quraşdırma işlərini aparmış şəxslə sifarişçi arasında təhvil-təslim aktı; elektrik təsərrüfatına cavabdeh şəxsin təyin olunması barədə əmrin surəti; kontur torpaqlama müqavimətinin ölçülməsi protokolu; transformatorun və avadanlıqların sınaq-sazlama protokolu; elektrik verilişi xəttinin sınaq protokolu və qapalı işlər aktı; elektrik sayğacının quraşdırılması aktı sənədləri əsasında keçiriləcək.