Müğənni Xatirə İslam Bakıda yerləşən məşhur restoranda göstərilən xidmətdən narazılıq edib.
Unikal.org xəbər verir ki, müğənni sosial şəbəkədə video paylaşaraq paytaxtdakı "Paris Bistro" restoranında göstərilən xidmətin aşağı səviyyədə olduğunu bildirib.Xatirə İslam ailəsi ilə birgə səhər yeməyi yemək üçün adıçəkilən restorana gəldiyini bildirib.Lakin burada müştərilərə biganə münasibətin olduğunu qeyd edib.Müğənninin fikirlərinə həyat yoldaşı Fəxrəddin bəy də dəstək verib.