Tovuzdakı heyvan bazarında iribuynuzlu heyvanların qiymətində 100, xırdabuynuzlularda isə 30-50 manat artım müşahidə olunur.

Unikal.org Xezerxeber.az-a istinadən məlmat verir ki, heyvan bazarında bir ay əvvələ nisbətən qiymətlər dəyişib.

Səhər saat 4:00-dan bazara axın edən heyvan sahibləri qiymət artımını fərqli səbəblərdə görürlər.

Satan təklif etdiyi qiymətdə əziyyətinin bəhrəsini görmək istəyir. Alıcı isə büdcəsinə uyğun qiymətə razılaşmağa çalışır. Bazarda daha çox tələbat ətlik heyvanlaradır.

Hazırda Məhərrəmlik ayının olması bazarda alıcılıq qabiliyyətinə də təsir edib.

Bərdənin heyvan bazarında da qiymət artımı var. Bu həftə baş tutan bazarda 150 kiloqramlıq heyvanlar 1600- 1700 manata satılıb. Diri heyvanın çəkisi 8-9 manat arasında hesablanır. Həftədə bir dəfə təşkil olunan bazara əsasən Bakıdan alıcılar gəlir.

Qiymət artımı ən çox xırdabuynuzlu heyvanlarda müşahidə edilir.

Bazarda ən çox tələbat ətlik heyvanlaradır. Onu da ətraf rayonlardan gələn alıcılar alır. Yerli sakinlər isə daha çox damazlıq heyvanlara üstünlük verir.