Siyasi məsələlərlə əlaqədar Bakıdan Naxçıvana birbaşa qatar reysinin açılması məsələsinə yenidən baxılır.
Unikal.org xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları QSC-nin (ADY) sədri Cavid Qurbanov deyib.
"Bakıdan Naxçıvana birbaşa qatar reysinin olması üçün Azərbaycan dövləti çox çalışır. Amma bu, daha çox siyasi məsələlərdən asılıdır. Onlar həll edilsə, ADY birbaşa qatarın işləməsinə hazırdır. Bunun üçün pul da ayrılıb.