"Xəzər" televiziyasının aparıcısı, "Tolik" kimi tanınan prodüsser Tarix Əliyev sosial şəbəkələrdə hərbi formada çəkilmiş fotosunu paylaşıb.
Unikal.org xəbər verir ki, prodüsserin bu addımı sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb.
İzləyicilər Tarix Əliyevi hərbi formanın yaxasına taxdığı üç rəngli Azərbaycan bayrağını səhv formada vurmaqda qınayıb.