Ermənistan parlamenti xüsusi iclasında Nikol Paşinyanın baş nazir postuna namizədliyini rədd edib və bununla da qanunverici orqanın buraxılması prosedurunun başlanğıcı qoyulub.

Unikal.org news.am-a istinadən xəbər verir ki, Paşinyanın namizədliyinin lehinə deputatların heç biri səs verməyib, 11 deputat bitərəf qalıb, bir nəfər əleyhinə səs verib. 

Ermənistan parlamentinin sədri Ara Babloyan gülüşlə deputatları təbrik edib: "Sizi qəbul edilə bilməz qərarla təbrik edirəm."

Xatırladaq ki, Nikol Paşinyan oktyabrın 17-də Baş nazir postundan istefa verib. Konstitusiyanın 149-cu maddəsinə əsasən, NA fraksiyaları Baş Nazirin istefasından sonra 7 gün müddətində baş nazirə namizəd ola bilər və 8-ci gündə Baş nazir seçkiləri NA-nın Xüsusi Sessiyasında keçirilməlidir.