Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) "Dizaynın müasir problemləri: İnsan. Dizayn. Mühit mövzusunda II Respublika elmi-praktiki konfrans keçirilib.

Unikal.org xəbər verir ki, konfransda Memarlar İttifaqının sədri, professor Elbay Qasımzadə, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov, Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı, universitetlərin nümayəndələri, ölkəmizin aparıcı istehsal müəssisələrinin təmsilçiləri, gənc təqdiqatçılar və tələbələr iştirak ediblər.

Konfransı giriş nitqi ilə AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova açaraq gələn qonaqları salamlayıb, konfransda qoyulan mövzunun bu günümüz üçün aktual olduğunu deyib. Rektor dizayn elminin, eləcə də dizayn sahəsinin sürətlə inkişaf etdiyini, bu sahənin istehsal müəssisələri və sosial həyatımızın digər sahələri ilə vəhdətdə formalaşdığını söyləyib. O, dizayn sahəsində ixtisaslı kadrların yetişdirilməsində AzMİU-nun gördüyü işləri diqqətə çatdırıb. İtaliyanın nüfuzlu ali təhsil müəssisələrindən olan Milan Texniki Universiteti ilə AzMİU arasında bağlanan memorandumun dizayn təhsilinin inkişafına mühüm qatqısı olacağını, dizayn təhsilinin müasir Avropa ali təhsil müəssisələrinin təhsili ilə bir sırada irəlliləməsinə imkan yaradacağını deyib. Rektor hazırda magistatura səviyyəsi üzrə 3 ixtisaslaşma aparıldığını bildirib.

"Bakı Tekstil Fabriki MMC-nin sədri S.Babayeva, Memarlar İttifaqının sədri, professor E.Qasımzadə, Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor H.İsaxanlı, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini D.Dövlətxanov konfrans iştirakçılarını salamlayaraq, konfransın önəmini qeyd edib, işinə uğurlar arzulayıblar.

Konfransın plenar iclasında AzMİU-nun Dizayn kafedrasının dosenti, memarlıq üzrə fəlsəfə doktoru Sevda Dadaşovanın "Şəhər mühitində vizual informativ və kommunikativ sahələrin transformasiyası, AzMİU-nun Landşaf memarlığı kafedrasinin baş müəllimi Fərid Kərimovun isə "Tarixi məkanların qorunub saxlanılmasında dizaynın rolu mövzusunda plenar məruzələri dinlənilib.
Sonra konfrans öz işini bölmələrdə davam etdirib.