"Əxlaqi adam adlı şeirinə görə tənqid olunan əməkdar artist Elza Seyidcahan insanların onun barəsində nə düşündüklərinə əhəmiyyət vermədiyini deyib.
Unikal.org yenicag.az-a istinadən xəbər verir ki, sənətçi şeirində müzakirələrə səbəbə olan "Mən pozğunam, sən də pozğun ol deyəcək misrasına da aydınlıq gətirib:
"Qoy nə deyirlər desinlər. Demək ki, şeirlərimi oxuyurlar. Burada nə var ki, tənqid ediləsi? Yaxşının da pozğunu olur, pisin də. Mən yaxşının pozğunuyam. Təki hamı mənim kimi pozğun olsun. Mənim belə mənasız müzakirələrə ayırası vaxtım da yoxdur. Çünki solo-konsertimə hazırlaşıram.
E.Seyidcahan yeni imicindən də danışıb: "İmicimi də yeniləmişəm. Saçlarımın rəngi dəyişib. Amma nə silikonum var, nə dolğum,hər şey özümündür.