Müğənni Mirkamil Kamilov son günlər sosial şəbəkədəki paylaşımı ilə izləyicilərinin diqqətini çəkib. Başadüşülməyən statuslar yayımlayan ifaçının əməkdar artist Tünzalə Əliyeva ilə bağlı açıqlaması isə hər kəsi təəccübləndirib.
Unikal.org Axşam.az-a istinadən xəbər verir ki, sənətçi xərçəngdən əziyyət çəkən aktrisanın insanlardan istifadə edib, pul yığmasını qınayıb. Müzakirələrə səbəb olan paylaşımlardan sonra Mirkamil "Bizimləsən" verilişinə zəng edib. O, "Toppuş bacı" ilə bağlı açıqlama verərək, onun həyat yoldaşı Röyalı yanında görmədiyini və buna görə onu qınadığını bildirib.
M.Kamilovun daha sonra işlətdiyi ifadələr isə sosial şəbəkədə müzakirə obyektinə çevrilib. Müğənni bildirib ki, bir neçə xəstəlikdən əziyyət çəkirmiş. O, bütün xəstəliklərini özü ev şəraitində müalicə edib:
"Özüm-özümdə dörd-beş xəstəliyin çarəsini tapmışam və sağaltmışam. Onu necə etdiyimi yaxın günlərdə açıqlayacam. Narkomaniyadan tutmuş beyin xərçənginə, ürəyə qədər hər şey indi qaydasındadır. İnsan ev şəraitində özünü müalicə edə bilər. Adam özünün həkimi olmalıdır. Xalqın imkanlı da, kasıb da övladı var. Çox əzablar yaşadım".
Mirkamilin bu açıqlaması bir çox suallar yaradıb. Sosial şəbəkədə izləyicilər onun narkotik maddə istifadə etdiyi ilə bağlı şərhlər yazılıb.
Qeyd edək ki, Mirkamil bir neçə il əvvəl ürəyindən əməliyyat olunmuşdu. Sənətçi son günlər efirlərdən uzaqlaşıb. Bir müddət əvvəl isə o, "Səhər-səhər" verilişində yalandan açıqlama vermiş, ailə qurduğunu demişdi. Daha sonra isə müğənni öz sözlərini digər proqramda təkzib edib.