Türkiyənin məşhur müğənnisi Sıla döyülməsi ilə bağlı məhkəməyə baş vurub.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər veirr ki, müğənni bir müddətdir sevgili olduğu aktyor Ahmet Kuraldan şikayət edib. Döyüldüyünü iddia edən sənətçi Kurala qarşı 3 aylıq qoruma qərarı aldırıb.
Müğənninin şikayət ərizəsində sevgilisi Ahmed Kural tərəfindən döyüldüyü, , fiziki və psixoloji şiddət gördüyü qeyd edilib.
Sıla məhkəmədən çıxarkən vəkili Rezan Epözdemirlə birlikdə görüntülənib.
Vəkili məsələ ilə bağlı belə açıqlama verib:
"Ailə məhkəməsinin qərarı verib. Sıla xanım fiziki şiddət gördüyü üçün A.Kurala uzaqlaşdırma və qorunma qərarı verilib.
Müğənni sıla isə qısa cavab verib:
"Vaxtı gələndə bu barədə danışacağıq. Ahmed Kuralla bağlı məhkəməyə baş vurub, şikayət etdim. Buna görə ifadə verməyə gəlmişdim.