Gələn ildən etibarən işəgötürən təşkilatlar qarşısında mülki-hüquqi müqavilə, yəni xidməti müqavilə əsasında çalışan işçilərlə bağli yeni tələblər qoyulacaq. Bununla da real olaraq daimi işlə məşğul olanların xidməti müqavilə əsasında çalışdırılmasının qadağan ediləcəyi planlaşdırılır.
Unikal.org bu barədə "Xəzər xəbərə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin şöbə müdiri İsa Həsənov bildirib.
Onun sözlərinə görə, ölkə üzrə işləyən hər kəsin siyahısı yeni yaradılan vahid məşğulluq reyesterinə daxil ediləcək.
İsa Həsənov bildirib ki, işəgötürənlər tabeliklərində olan hər kəsin məlumatlarını vahid məşğulluq reyesterinə daxil etməli olacaqlar. Həmin məlumatlar əsasında ilkin olaraq xidməti müqavilə adı altında işləyənlər araşdırılacaq. Qanunu pozan işəgötürənlər isə cəzalandırılacaqlar.
Yeni hazirlanan qaydalar qanunvericilikdə nəzərdə tutulmus is rejimində çalisan, lakin mülki-hüquqi əsaslarla isə cəlb edilən isçilərin xidməti müqavilədən əmək müqaviləsinə keçirilməsini nəzərdə tutur.