Ötən gün Xəzər TV-də yayımlanan "Səni axtarıram verilişində baş verən hadisə hər kəsi göz yaşlarına boğub.

Unikal.org GoldNews.az-a istinadən xəbər verir ki, adının açıqlanmasını istəməyən şəhid xanımı həyat yoldaşının ölümündən əvvəl onlara qoyub getdiyi pul vəsaitini təcili əməliyyata ehtiyacı olan 3 yaşlı Mələk üçün göndərib. Onun yazdğı məktub isə hər kəsi gözyaşlarına boğub:

"Bu pul həyat yoldaşımın ölümündən əvvəl bizim üçün qoyub getdiyi çörək puludur. Pulu onun şəxsi əşyaları arasında xatirə kimi saxlayırdım. Bu pul qutuda qalmasından çox Mələyə lazımdır.