Ukraynanın paytaxtı Kiyevdə məşhur italyan müğənnisi və aktyoru Adriano Çelentano solo konsert proqramı ilə çıxış edib. Gənc azərbaycanlı ifaçı Vaqif Nağıyev onunla birgə duet oxuyub.

Unikal.org "AzərTaca istinadən xəbər verir ki, birgə oxunan duet tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. A.Çelentano V.Nağıyevin ifasından razı qaldığını söyləyib.

V.Nağıyev öz növbəsində Çelentano yaradıcılığının vurğunu olduğunu və onunla duet oxumasından şərəf duyduğunu bildirib.