Amerikalı caz truba ifaçısı Roy Harqrouv 49 yaşında ABŞ-da vəfat edib.

Unikal.org-un məlumatına görə, Harqrouv Nyu-Yorkda yerləşən xəstəxanada ürək dayanmasından vəfat edib. O, illərdir əziyyət çəkdiyi böyrəklərlə bağlı problemə görə xəstəxanaya çatdırılmışdı.

Truba ifaçısı "Diamond in the Rough ilk albomunu 1990-cu ildə buraxıb. Harqrouv iki dəfə "Qremmi mükafatına layiq görülüb.

Onun şənbə günü Nyu-Cersidə çıxış etməsi gözlənilirdi.