Azərbaycanlı müğənni Mina Hüseyn "O ses Türkiye" yarışmasında iştirak edib.

Unikal.org xəbər verir ki, ifaçı yarışmada "Nayino" mahnısını ifa edib.

"O ses Türkiye"dəki çıxışı ilə hər kəsi heyran qoyan Mina üçün 3 münsif dönüb.

Münsiflər onun ifasını çox bəyənib və ona təriflər yağdırıb.

Sonda Mina Seda Sayanı seçib və onun komandasında yer alıb.