Gəncə şəhərində bir ailənin 3 üzvünü maşın vurub.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə şəhərinAbbas Səhhət küçəsində baş verib.

Belə ki,Samux rayonunun Hacıallı kənd sakinləri - 1957-ci il təvəllüdlü Tanrıverdi Əhməd oğlu Musayev, onun həyat yoldaşı, 1957-ci il təvəllüdlü Maya Xəlil qızı Musayeva və gəlinləri, 1992-ci il təvəllüdlü Pəri Fəxrəddin qızı Musayevanı yolu keçmək istəyərkən avtomobil vurub.Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti kafi digərlərinki isə normal qiymələndirilir.

Qəzanı törədən sürücü saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.