Azərbaycanlı qəlbi gözəl bir qardaşı itirməyin üzüntüsünü yaşayıram.

Unikal.org kult.az-a istinadən xəbər verir ki, bu sözləri türkiyəli məşhur müğənni, rejissor Mahsun Qırmızıgül şəxsi İnstaqram hesabında yazıb. O, tanınmış təşkilatçı Nahid Emiloğlunun ölümündən kədərləndiyini bildirib:
"Nahid Emiloğlunun ölümünü az əvvəl eşitdim. Kədərli ailəsinə başsağlığı diləyirəm", - deyə o qeyd edib.

Qeyd edək ki, tanınmış menecer N.Emiloğlu ürək çatışmazlığından bir neçə gün öncə dünyasını dəyişib. Mərhumun 40 yaşı var idi.