"Zaurla Günaydın" verilişinin növbəti buraxılışnda maraqlı anlar yaşanıb.
Unikal.org xəbər verir ki, verilişin növbəti qonağı müğənni Yusif Mustafayev olub.
Sənətçi iştirak etdiyi restoranlardakı toylardan birində baş vermiş hadisəni danışıb:
Belə ki, bəyin keçmiş sevgilisi olduğu iddia edilən gənc qadın toyun keçirildiyi restorana daxil olaraq gəlinin masasına kimi irəliləyib.
Gəlinə yaxınlaşan kimi söyüşlə onun saçından tutaraq yolmağa, silkələməyə başlayan qadını restorandan güclə çıxarıblar. Hər kəsi şoka salan bu hadisədən sonra gəlin gözyaşları içində restoranı tərk edib.