Aparıcı Zaur Kamal "5/5" verilişində müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı ilə yaşadığı qalmaqaldan danışıb.
Unikal.org-un məlumatına görə, Zaur bildirib ki, proqramda etdiyi şou ifaçının ərini əsəbiləşdirib:
"Moskvaya toya getmişdim, 45-50 yaşlı kişi yaxınlaşdı. Dedi ki, Rəqsanənin həyat yoldaşıyam. Gətirib cibimə 500 dollar qoydu.
Sonra Rəqsanə və qızı verilişə gəldilər, şou etdik. Kişi əsəbləşib. Mənə zəng etdi, söz-söhbət başladı, dalaşdı. Rəqsanə də ortada qaldı. Qorxaq deyiləm, başımı kəssələr də, sözümü deyəcəm".