"Nərimanov elektrik deposu ərazisində istifadəyə verilmiş vaqonların əsaslı təmiri sexində tamamilə yenilənmiş ilk qatar xəttə buraxılıb.
"Bakı Metropoliteininin mətbuat xidmətindən Unikal.org-a daxil olan xəbərə görə, sexdə qatarlar əsaslı şəkildə təmir olunub və həm də modernləşdirilib.
Nəticədə, qatarlar görkəmini tamamilə dəyişib, ən əsası, onların hərəkət təhlükəsizliyi artırılıb, texniki xarakteristikası xeyli yaxşılaşdırılıb, istismar və qulluq prosesi asanlaşıb, işçi əməyindən daha səmərəli istifadə etməyə şərait yaranıb.
Modernləşdirmə işləri çərçivəsində idarəetmə sxemində edilən daha 10-dan artıq dəyişiklik nəticəsində qatarın hərəkətini təmin edən qovşaq və detalların sayı azaldılıb, funksionallığı artırılıb.
Sexdə daha 5 vaqon üzərində iş başlayıb.