Hazırda Azərbaycanda hemofiliya xəstəliyinin yayılma tezliyinə görə Bakı, Sumqayıt və Mərkəzi Aran regionu üstünlük təşkil edir.
Unikal.org-un trend-ə istinadən məlumatına görə, bunu Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirilməsi İnsititutunun Hematologiya kafedrasının dosenti Natella Yusifova bildirib.
N.Yusifova deyib ki, təkcə Bakıda 758, Sumqayıtda isə 77 hemofiliyalı xəstə qeydiyyata alınıb.