Bu gün 242 â„–-li tam orta məktəbdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov C.Naxçıvanski küçəsi 20, 22, 24 ünvanlarda yaşayan sakinlərlə növbəti səyyar qəbul-görüş keçirib.
Unikal.org xəbər verir ki, görüşdə Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri və rayon sakinləri iştirak ediblər.
Görüşdə rayon sakinlərinin rəy və təklifləri, müraciət və şikayətləri rayon rəhbərliyii tərəfindən dinlənilib, vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan digər məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq təşkilat rəhbərlərinə tapşırıqlar verilib.