Əgər
bütün dövlət orqanlarını ləğv edib hamımız evimizə getsək belə,
Gürcüstanda pensiyaların məbləğini 400 lariyə qaldıra bilmərik. Büdcə
vəsaitimiz buna imkan vermir.
Unikal.org xəbər verir ki, bu fikri Gürcüstan maliyyə nazirinin müavini
Qeorqi Kakauridze ölkə müxalifətinin pensiyaların 400 lariyə qədər
artırılması ilə bağlı seçkiöncəsi vədinə münasibət bildirərkən söyləyib.
Q.Kakauridzenin
sözlərinə görə, "Vahid Milli Hərəkat partiyasının pensiyaların 400
lari məbləğinə qaldırılması ilə bağlı verdiyi vədlər real deyil. "Ona
görə ki, büdcədə o qədər vəsait yoxdur, - deyə nazir vurğulayıb.