Bu il ABŞ 192,3 milyard dollar həcmində silah ixrac edib.

Unikal.org TASS-a istinadən xəbər verir ki, bu da ötən illə müqayisədə 13 faiz çoxdur.

ABŞ Dövlət Departamentinin məlumatında istər hökumət səviyyəsində, istərsə də özəl sektor səviyyəsində ixracatda artım qeydə alınıb.

Bu müddət ərzində silah və hərbi məhsulların satışına dair 55,66 milyard dollarlıq, yəni ötən ilə nisbətən 33 faiz artıq höklumətlərarası və 136,6 milyard dollarlıq özəl müqavilələr imzalanıb.