Konqo Demokratik Respublikasında iyulun sonlarından etibarən "Ebola" virusuna yoluxanların sayı 300 nəfərə çatıb.

Unikal.org-un məlumatına görə, həmin şəxslərdən 186 nəfəri vəfat edib.

Yoluxanların Şimali Kivu və İturi vilayətlərində qeydə alındığı bildirilir. Xəstəliyə yoluxanlardan 88 nəfər müalicə olunub.

Qeyd edək ki, vəziyyətlə əlaqədar Konqo DR-da Ümumdünya Səhiyyə Təşkilatının 250-dən çox mütəxəssisi işləyir.