"Bu şəhərdə" komandasının Heydər Əliyev Sarayında hazırda keçirilən konsertində insident yaşanıb.
Unikal.org kult.az-a istinadən xəbər verir ki, konserti Rafail və Coşqun Aygün və Rəhimin parodiyası ilə açıblar. Daha sonra aparıcı Elgiz və Əli Mirəliyevin parodiyası üçün efirə çıxan Rafail və Coşqun çıxışı yarımçıq kəsməyə məcbur olublar. Belə ki, tamaşaçılardan biri özündən gedib.
Dərhal təcili yardım çağırılıb. Bəlli olub ki, epilepsiya xəstəliyi olan 30 yaşlarında gənc iflic keçirib. Ona ilkin yardım göstərildikdən sonra zaldan çıxarılıb və təcili yardıma təhvil verilib.