Türkiyədə 25 hərbçi yaralanıb.

Unikal.org xəbər verir ki, Hakkari bölgəsinin İraqla sərhədində yerləşən Şemdinli rayonuna bağlı Derecik Ortaklar kəndində hərbi sursat partladılıb.

Məlumata görə, hadisə nəticəsində itkin düşən 7 əsgərin axtarışı davam edir. Yaralılar helikopterlərlə Yüksekova və Hakkari xəstəxanalarına çatdırılıblar.

00:09

***

Hakkari bölgəsində yerləşən silah anbarında baş verən partlayış nəticəsində şəhid olan əsgərlərin sayı 7-yə çatıb.

Unikal.org "Hürriyetə istinadən xəbər verir k, bunu Fransaya səfərə yola düşməzdən əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Onun sözlərinə görə, hadisə nəticəsində 25 hərbçi yaralanıb: "Yaralılardan 4-nün vəziyyəti ağırdır. Onlar təcili tibbi yardım təyyarəsi ilə Ankaraya gətirilir və müalicələri paytaxtdakı xəstəxanada davam etdiriləcək.