Bursada polis əməkdaşı İlhan.Ö qızının oxuduğu məktəbə silahlı hücum edərək direktor və onun müavinini yaralayıb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, məhkəmə qarşısına çıxarılan kişi ifadəsində sinif rəhbərinin qızına "Sənə kim təcavüz edib" deyərək ələ saldığını deyib

Bunu eşidən ata qızının oxuduğu məktəbə gələrək sinfinin dəyişdirilməsini istəyib. Bu səbəbdən İlhan.Ö məktəbin qadın direktoru 43 yaşlı Tülay Taş və müavini 39 yaşlı Sinan Delibaş arasında mübahisə başlayıb.

Mübahisə nəticəsində İlhan.Ö direktor və müavinini ayaqlarından yaralayıb.