Kərəm Həsənovun strateji planı, yoxsa gizli mesajı?
13:02 13-09-2012
CƏMİYYƏT
Kərəm Həsənovun strateji planı, yoxsa gizli mesajı?
Komitə sədrinin beşillik plan hazırlatması onun "vurulacağı" yönündə xəbərlərin artdığı dövrə təsadüf edir
Dünən bir maraqlı xəbərə rastlaşdıq, həmin xəbərə görə, Azərbaycan Hökuməti ilə Dünya Bankı arasında imzalanmış Kredit Sazişinə əsasən Azərbaycanda həyata keçirilən "Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi" çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) Beşillik Strateji Planının və Birillik Fəaliyyət Planının hazırlanması işlərinə başlanıb.
ƏMDK-dan verilən məlumata görə, Beşillik Strateji Plan qarşıdakı dövrdə komitənin fəaliyyətinin daha çevik, modern və şəffaf mexanizmlər əsasında qurulması, dövlət əmlakından istifadənin və özəlləşdirmənin səmərəliliyinin artırılması, həmçinin daşınmaz əmlak idarəçiliyinin və qeydiyyat sisteminin təkmilləşdirilməsi, elektron xidmətlərin geniş tətbiq edilməsi, vətəndaşların və biznes qurumlarının daha müasir xidmətlərlə təmin edilməsi hədəflərinə yönələcək. Beşillik Strateji Planda "Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi"nin əsas icraçı təşkilatı kimi Əmlak Məsələləri Dövlət Komitəsinin, dövlət qurumu olaraq, fəaliyyətinin müasirləşdirilməsi əsas prioritetdir.
Beşillik Strateji Planın hazırlanması məqsədilə Dünya Bankının dəstəyi ilə Niderland Krallığından və Almaniyadan olan müvafiq təcrübəyə malik dörd beynəlxalq məsləhətçi də cəlb edilib. Beynəlxalq ekspertlər və komitə mütəxəssisləri tərəfindən bir il ərzində Beşillik Strateji Planının və Birillik Fəaliyyət Planının hazırlanması nəzərdə tutulur.
Xəbərdə həmin planların əhatə dairəsi barədə daha müfəssəl danışılır, amma bizim söhbətimizin mövzusu başqa olduğundan geniş təfərrüatlara ehtiyac görmürük. Diqqətimizi çəkən beşillik strateji planla bağlıdır. Məsələ burasındadır ki, belə bir planın hazırlığı ƏMDK sədri Kərəm Həsənovun "vurulacağı" yönündə xəbərlərin artdığı bir dövrə təsadüf edir.
Əslində bunun nə qədər təsadüf olduğunu demək də xeyli çətindir. Söhbət ondan gedir ki, adətən Azərbaycanda iri məmurlar karyeralarına hansısa təhlükə görəndə qarşıdakı illərə yönəlik böyük layihə və planlar hazırlatdırır, qəbul və təbliğ etdirirlər. Bununla da sanki cəmiyyətə və mətbuata mesaj verirlər ki, onlar hələ uzun müddət indi oturduqları postda qalacaqlar.
Elə ƏMDK sədri vəzifəsində Kərəm Həsənovun sürətlə "qüruba doğru irəlilədiyi" barədə xəbərlərin geniş yayıldığı və əsaslandırıldığı bir vaxtda onun "beşillik strateji planı"nın da digər iri məmurlarımızın az əvvəl bəhs etdiyimiz "taktika"sının davamı olub-olmadığını bilmirik.
Hər halda Azərbaycapn reallığında belə "beşillik planlar"ın formallıqdan o yana keçmədiyi və adamda Sovet nostaljisi yaratmaqdan başqa bir şeyə yaramadığı da məlum həqiqətdir.
Odur ki, Kərəm Həsənovun "beşillik strateji plan"ının da əslində öz rəqiblərinə və onun görəvdən alınacağına dair ardı-arası kəsilmədən məlumatlar yayan mediaya bir mesajı kimi qəbul etmək daha doğru görünür.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-22 21:28:52
2024-12-22 18:09:43
2024-12-22 16:21:25
2024-12-22 14:26:25
2024-12-22 13:22:10
2024-12-22 13:05:08
2024-12-22 11:01:35
2024-12-22 10:44:57
2024-12-22 00:48:58
2024-12-22 00:00:00
2024-12-21 22:40:55
2024-12-21 20:58:50
2024-12-21 19:04:07
2024-12-21 18:46:43
2024-12-21 18:15:44
2024-12-21 17:06:00
2024-12-21 17:00:00
2024-12-21 16:33:49
2024-12-21 16:06:15
2024-12-21 15:34:34