"Dörd ildən bir cütlüklər ayrılma krizi yaşayırlar. Hər dəfə bu təkrar olunur. O böhranda ya aralanırlar, ya da növbəti ərəfəyə keçirlər".
Unikal.org-un məlumatına görə, bu sözləri müğənni Elnarə Xəlilova "Boş anlar" verilişində deyib. Həyat yoldaşı Rövşən Cahangirovdan danışan ifaçı ona olan hislərindən söz açıb:
"12 ildir yoldaşımla bir yerdəyik. Böyük müddətdir. O, mənim hazırda hər şeyimdir. Allahdan sonra birinci yerdə odur. Həm anam, həm atam, həm balamdır. Bu sözləri deməkdən çəkinməyəcəm".