ARB TV-nin "Kim var, kim yox? verilişinin növbəti qonağı xalq artisti Faiq Ağayev olub.

Unikal.org-un məlumatına görə, sənətçi deputat olmaq istədiyini deyib:

"Milli Məclisdə təmsil olunmaq bu günün, bu saatın arzusu deyil. Biraz zaman keçməlidir. Amma mənə etimad göstərilsə, dəyərli həmvətənlilərimiz mənə dəstək versə, təbii ki, daxilimdə potensial görürəm. Özündən razılıq kimi qəbul olunmasın. Zamanında, vaxtında niyə də olmasın? Seçkilər gələn ildir. Qismət.