Tərtər rayonunda 34 yaşlı kişinin yaşadığı evdən meyiti tapılıb.
Unikal.org report-a istinadən hadisə Tərtər şəhərinin Qara Qarayev küçəsində yerləşən fərdi yaşayış evində baş verib. Həmin evdə yaşayan 1984-cü il təvəllüdlü Rəşad Bayram oğlu Nərimanlının meyiti aşkar edilib. Meyit adiyyəti üzrə təhvil verilib.
Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.