Azərbaycan Müdafiə Naziri Zakir Həsənovun da iştirak etdiyi İzmir şəhərində keçirilən "Efes-2016" beynəlxalq təlimlərinin yekun mərhələsini Türkiyənin prezidentdi Rəcəb Tayyip Ərdoğan və Baş nazir Binəli Yıdırım da iştirak edib. 
Unikal.org xəbər verir ki, təlimlərdə həqiqi raketlərdən istidadə edilib.  Türkiyənin İzmir şəhərində keçirilən təlimlərdə terrorla mübarizəyə daha çox diqqət ayılıb.
Bu gecə təlimlər hava hücumu ilə bağlı olub. 
Gecə təlimlərində Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı hərbçiləri havadan, Türkiyə, Azərbaycan, Pakistan, Polşa, Qətər və Səudiyyə Ərəbistanından olan hərbçilər dənizdən hücuma keçiblər. Xüsusi təyinatlılar ərazidə kəşfiyyat apardıqdan sonra quruya top zərbələri endirilib. İştirakçı ölkələrin Silahlı Qüvvələri "F 16" qırıcıları ilə müəyyən edilən hədəfləri bombardman ediblər.
[video=http://| ]