Çində evli qadınla münasibəti olan şəxs sevgilisinin əri evə tez gəldiyinə görə çılpaq halda özünü binanın 4-cü mərtəbəsindən aşağı atıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, iddiaya görə, münasibətdə olduğu qadının əri evə gələndə gizlənməyə yer tapa bilməyən şəxs özünü aşağıdakı boşluğa ataraq zibil qutusuna düşüb. Həmin şəxsin özünü atmasını ətrafdakılar telefonla kameraya çəkiblər. Ətrafdakılar polisə və təcili tibbi yardıma zəng ediblər. Yerə düşən şəxs xəstəxanaya aparılıb və onun onurğasının qırıldığı məlum olub.