Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensiv olacağı, şimşək çaxacağı gözlənilir. Şimal küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən unikal.org-a daxil olan xəbərə görə, havanın temperaturu Abşeron yarımadasında gecə 16-19, gündüz 21-26, Bakıda gecə 17-19, gündüz 23-25 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 756 mm civə sütunu, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-19, gündüz 26-31, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti olacaq.