Adlar insan həyatında önəmli rola malik amillərdən biridir. Belə ki, insan öz adıyla seçilir, həm də yaşadığı yerin adıyla tanınır və doğulduğu yurdun tarixi ilə fəxr edir. Lakin bəzi adlar varki insanlar doğulduğu yerin adını söyləməyə belə tərəddüd edir. Bu tərəddüd gülüş obyektinə çevrilməkdən irəli gəlir.

Unikal.org xəbər verir ki, Region TV-nin hazırladığı reportajda bildirilir ki, belə hallara əsasən regionlarda rast gəlinir. Siyəzən rayonunun Sədan kəndi də bu tip kənd adlarından hesab olunur. Rayonun bir çox kənd adlarında bu yerlərdə yaşayan tatların dilinin rolu nəzərə çarpır. Sədan sözünün mənası isə tat dilindən tərcümədə sirr saxlayan deməkdir.

Coğrafi məkanımızı, milliliyimizi əks etdirməyən kəndlərimizin adlarının dəyişdirilməsi və yeni yaranan yaşayış məntəqələrinə ad verilməsi isitiqamətində Milli Məclisdə müzakirələr aparılıb. Bir sıra yer adlarının dəyişdirilməsi, dilimizə uyğunlaşdırılması istiqamətində konkret addımlar da atılıb, müvafiq qanun layihələri də müzakirəyə çıxarılaraq qəbul olunub. Ancaq problemlər hələ də qalmaqdadır.
Sağolcan kəndi Siyəzən rayonunun ən kiçik yaşayış məntəqələrindəndir. Kənd ərazisində 8 yaşayış evi var. Buranın təbiəti, rütubətsiz havası adın yaranmasına səbəb olub. Sakinlər kəndin adının razıdır bu adın dəyişdirilməsi ilə bağlı rəsmi qurumlara müraciət edilməyib.

Yaşayış məntəqələrinin adlarının bu cür anlaşılmaz olması şimal bölgəsi ilə yanaşı digər regionlarda da yaşanır. Məsələn, Zaqatalanın Danaçı kəndinin adı qeyri-adi qarşılana bilər. Ancaq əslində, bu kəndin köhnə adı "Dinçi" yəni din adamı olub, elə hazırda da kənd sakinləri onu belə adlandırırlar. Onun necə "Danaçı"ya çevrilməsi isə müəmmalıdır. Digər kəndlərdə isə adların mənaları anlaşılmır.

Qaxda isə Qarabaldır kəndi ilk səslənəndə insan əzasını xatırlatsa da əslində tam başqa məna ifadə edirmiş. Kəndin adının maraqlı tarixçəsi var.

Belə kənd adları Qəbələdə də mövcuddur. Məsələn, Abrıx kəndinin sakinləri bildirirlər ki, bu kəndin adının özünəməxsus mənası var.

Elə Mıxlıqovaq da bu qəbildəndir. Vaxtilə Şəki xanı buradan xan yolu çəkdirib. Bu ərazidə xanın atlı dəstələrinin nal mıxlatması bu kəndin də Mıxlıqovaq adlanması ilə nəticələnir.

Göründüyü kimi əksər kəndlərin vaxtilə müəyyən mənaları olub. Ancaq indiki şəraitdə bu adlar qəribə qarşılanır, hətta gülüş obyektinə çevrilə bilir. Təbii burada adların tarixən dildən-dilə, nəsildən-nəsilə ötürülməsi bəzən də bir az "əl gəzdirilməsinin" rolu az olmayıb. Ancaq bugünkü mənzərə adların yenidən "əl gəzdirilməsi" tələbini ortaya çıxarır. Ən azından həmin yaşayış məntəqələrində yaşayanların öz yurdlarının adını utanmadan deyə bilməsi üçün…