İraqın 30-dan çox hərbçisi öldürülüb. 
Unikal.org TASS-a istinadən xəbər verir ki, onlar İŞİD terrorçuları tərəfindən Fəlluca şəhəri yaxınlığında pusquya salınaraq qətlə yetiriliblər. 
"Əl-Fəlluca şəhərinin cənubundan İŞİD terrorçularının həyata keçirdiyi basqın zamanı 33 iraqlı hərbçi pusquya düşərək həlak olub", - deyə "Al Jazeera" telekanalının yaydığı məlumatda bildirilir. 
İnsidentin təfərrüatları hələlik məlum deyil.