Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında yerləşən Zap və Həkürk regionlarında PKK terror qruplaşmasının mövqelərinə hava zərbələri endirib.

Unikal.org xəbər verir ki, hava zərbələri nəticəsində 7 PKK terrorçusu məhv edilib.

Bundan əlavə, terrorçulara məxsus sığınacaqlar məhv edilib.