Avropa İttifaqı (Aİ) Türkiyəni Suriyanın şimal-şərqində kürd silahlı dəstələrinə qarşı hərbi əməliyyat aparmamağa çağırıb.

Unikal.org xəbər verir ki, bu barədə Aİ diplomatiyasının rəhbəri Federiko Moqerininin yaydığı bəyanatında deyilir.

"Biz Türkiyə tərəfinin koalisiyanın İŞİD-ə qarşı səylərini korlaya və ya Suriyada əlavə qeyri-sabitlik riski yarada biləcək istənilən birtərəfli hərəkətlərdən çəkinəcəyini gözləyirik", - deyə o bildirib.