Tayvan sahillərində 4,1 bal gücündə zəlzələ baş verib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, yerli vaxtla saat 10:24-də qeydə alınan yerlatı təkanların episentri Xualyan yaşayış məntəqəsindən 38,6 kilometr cənub-şərqdə, ocağı isə 35 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.