Adanada, 5 yaşlı oğlu tərəfindən qəzayla öz tapançası ilə vurularaq öldürülən keçmiş hərbiçi Kerim Kıratın sosial şəbəkədəki hesabında bəzi maraqlı fotolar ortaya çıxıb. 

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, keçmiş hərbiçinin “facebook” hesabında oğluna tüfənklə atəş açdırdığı zaman çəkilmiş fotosu ortaya çıxıb. Hadisə ilə bağlı polis araşdırmaya başlayıb. Məlum olub ki, Kırat daim evdə oğluna silahla oynamasına icazə verirmiş. 

Məlumatda bildirilir ki, son vaxtlar bələdiyyə məmuru işləyən K.Kırat dekabrın 12-də evə gələrək üzərindəki silahı stolun üzərinə qoyub. Həmin otağa gələn oğlu Z.K. silahı əlinə alaraq oynatmağa başlayıb. Bunu görən Kırat tapançanı oğlundan almaq istəyib. Uşağın əli qəfildən tətiyə toxunub. Bu zaman Kırat yaralanıb. Silah səsi eşidən qonşular polisə zəng edib. Evə çox sayda polis əməkdaşları və təcili yardım gəlib. Kırat ilkin müdaxilədən sonra xəsətəxanaya aparılaraq əməliyyat olunub. Növbəti müdaxillərə baxmayaraq keçmiş hərbiçinin həyatını xilas etmək mümkün olmayıb.